Xəbər lenti

 “Artıq dünya nizamı dəyişir, yeni mərhələyə keçir”.
Muxalifet.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə Ermənistanın İsraildə səfirlik açmasına münasibət bildirib.
Politoloq hesab edir ki, bu, əsasən, İsrail-Azərbaycan əlaqələrinə zərbə vurmaq və hərbi-texniki əməkdaşlığı ləğv etdirməkdən ibarətdir:
“Bu gün İsrail-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Buna baxmayaraq, Azərbaycanın İsraildə müəyyən səbəblərə görə səfirliyi yoxdur. Amma, elə lazımsız ölkələr var ki, Azərbaycanın həmin ölkələrdə diplomatik korpusları var. Dünyada yeni nizam formalaşır. Ona görə də İran və bir neçə ərəb ölkələrinə görə İsraildə səfirlik açmamağımız milli maraqlarımıza uyğun deyil. Bu gün Səudiyyə Ərəbistanı, Körfəz Ərəb ölkələri, İordaniya və Misir İsraillə əmədaşlıq edir. Azərbaycanın bu ölkələrdən çəkinəcəyi yoxdur. Yalnız İran faktoruna görə bu məsələ gecikir”.
M. Əsədullazadə vurğulayıb ki, bu gün İran Ermənistanla sıx əlaqələrə malikdir:
“Qarabağ məsləsində əməldə işğalçı ölkəni dəstəkləyir. Hətta bu ölkəyə hərbi avadanlıqlar ixrac edir. Bu gün İran başda olmaqla bir çox dost dediyimiz ölkələr, bizə əməli dəstək vermir. Amma, İsrail bütün parametrlərlə, ən əsası hərbi yardımlarla Azərbaycanın yanındadır. Ermənistan İsraildə səfirlik açacaqsa, İran buna susacaq. Çünki, bu səfirlik İsrail-Azərbaycan əlaqələrinə zərbə vuran bir mərkəz rolunu oynayacaq. Ona görə də Tehran bu məsələdə İrəvana dəstək verəcək”.
Politoloq qeyd edib ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq İsrailin paytaxtı Təl-Əvivdə səfirliyini açmalıdır:
“Azərbaycanın bu ölkədə səfirlik açması Fələstin məsləsində və Qüds məsləsində İsrailə dəstək verməsi deyil. İsrailli ekspert Arye Gutun dediklərinə qoşularaq artıq, bu məslədə mövqe ortaya qoyub, İsraildə səfirlyimizi açmalıyıq. Onsuz da müsəlman aləmi- ərəb dünyası aralarında müharibə aparır. İran və Səudiyyə Ərəbistanı Yəməndə savaşır. Belə olan təqdirdə hansı həmrəylikdən söhbət gedə bilər?! Azərbaycana hərbi köməklik edən İsrildə səfirliyimizin açımağının vaxtıdır. İsrail də Azərbaycanla əlaqələrə önəm verir”. //Redaktor.az




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 20-09-2019, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma