Xəbər lenti
22-11-2025, 13:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı beynəlxalq sülhməramlı missiyada ölkəsinin silahlı qüvvələrinin iştirakı ilə bağlı hələ də qərar vermədiyini bildirib.

Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, o bu açıqlamanı Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsindəki mətbuat konfransı zamanı verib.

"Bu məsələnin qiymətləndirilməsi tələb olunur. Buna görə də, biz, xüsusən də Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrimizin Qəzzada sabitləşdirici amil kimi necə istifadə edilə biləcəyini təhlil edəcəyik. Bu qiymətləndirmədən sonra qərar veriləcək", - deyə o bildirib.

Xatırladaq ki, hazırda ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması ilə bağlı bir neçə ölkə ilə qapalı danışıqlar aparır.




Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: Dünən, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma