Xəbər lenti

 

“Yaponiya və ABŞ iki ölkə arasında yeni ticarət müqaviləsi üzrə danışıqları yekunlaşdırıb”. 

APA-nın xəbərinə görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer ilə görüşən Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi deyib.

“Bu gün biz danışıqları tamamilə yekunlaşdırmışıq. İki ölkə liderləri arasında keçiriləcək görüşdə bu razılaşma təsdiq ediləcək və bundan sonra müqavilənin mətni elan olunacaq”, - deyə Yaponiyanın Xarici İşlər naziri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 24-09-2019, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma