Xəbər lenti

 

Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əl Sani deyib.

“Səudiyyə Ərəbistandan olan qardaşlarımızla danışıqlar aparılır. Biz ümid edirik ki, danışıqlar müsbət nəticə verəcəklər”, - deyə o bildirib.

XİN rəhbəri Qətərin müstəqil siyasət yeritdiyini və onun daxili işinin hansısa tərəflə danışıqlar mövzusu olmayacağını söyləyib.

Qeyd edək ki, 2017-ci ildən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri terrorizmdə ittiham edərək, onunla əlaqələri tam dayandırıblar.




Ana səhifəyə qayıt        Baxış: 183          Tarix: 7-12-2019, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma