Xəbər lenti

 

ABŞ-ın hərbi qüvvələri üçün İncirlik və Kürəcik bazalarının bağlanması NATO ilə əlaqələrin dondurulacağını ifadə edəcək. Bu qərarın siyasi, hərbi və büdcə xərcləri çox yüksək olacaq, bu, Ankara üçün ağlasığmaz addımdır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yuliya Kudryaşova deyib.

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə əlaqədar açıqlamasını şərh edib:

“Bu baza həqiqətən bağlansa, bu, Türkiyənin NATO ilə münasibətlərini dondurmaq deməkdir. Türkiyə buna nə qədər hazırdır? Çünki Türkiyə ordusu NATO standartlarına əsaslanan silahlarla silahlanıb. Hətta Rusiyadan S-400 kompleksi satın alsalar da, bu, həqiqətən texniki cəhətdən NATO standartlarına uyğun deyil.

Yəni Rusiyadan bu sistemlərin alınması ordunun yenidən silahlanması deməkdir, bunun büdcə xərclərinin nə qədər olacağını nəzərə alsaq, bu, Ankara üçün ağlasığımaz addımdır. Üstəgəl, Türkiyə iqtisadiyyatı da yaxşı vəziyyətdə deyil”.

Yuliya Kudryaşova Ankaranın tədricən NATO standartlarından imtina etmək niyyətində olduğunu istisna etməyib.

Bundan əvvəl Türkiyə Prezidenti Tayyib Ərdoğan Ankaranın ABŞ-ın sanksiyalarına cavab olaraq İncirlik və Kürəcəik ABŞ hərbi bazalarına bağlaya biləcəyini açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 540          Tarix: 16-12-2019, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma