
Vladimir Putinə Rusiya Prezidenti olduğu son iyirmi il ərzində xatırladığı ən müsbət və ən mənfi hadisələr barədə sual verilib.
V.Putin 2000-ci illərdən bəri nail olduğu ən əhəmiyyətli hadisənin ölkənin böyüməsi olduğunu deyib. O, suala cavabında isə bunları deyib:.
“Bu, Beslandır. Bunu heç vaxt unutmaram. Bu, Dubrovkaya (Nord-Ost) hücumdur. Amma ən parlaq, ən əhəmiyyətlisi... Budur, biz indi əhalinin real gəlirlərinin artırılmasının vacibliyindən danışırıq, amma yoxsulluq problemini tam həll edə bilmədik. 2014-cü ildə bu göstərici ən aşağı olub – vətəndaşların ümumi sayının 11,3% -i, indi bir qədər artıb. Rəqəmlər çox da nəzərəçarpan deyil, amma insanlar bu rəqəmlərin arxasındadırlar. Buna görə bu, həll etməyimiz lazım olan ən vacib məsələdir. Ancaq ümumiyyətlə, 2000-ci illərin əvvəllərində ölkəmizin necə olduğuna və indi necə olduğuna baxsaq, bunların iki fərqli ölkə olduğunu görə bilərik”.
Putin onu da bildirib ki, onun fəaliyyətinə gələcək nəsillər qiymət verəcək. \\Teleqraf
Paylaş: