Xəbər lenti

Ermənistanın Apelyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın vəkillərini iddialarını rədd edib. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, müdafiə tərəfi Köçəryanla bağlı seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etsə də, məhkəmə şikayətə baxmaqdan imtina edib.

Maraqlısı budur ki, erməni mətbuatı bu xəbəri R.Köçəryanın həbsdən buraxılmasını tələb edən və hətta “dostu” ilə həbsxanada görüşəcəyi haqda ismarış yollayan Rusiya prezidentinin İrəvana səfər etdiyi saatlarda yayıb.//musavat




Ana səhifəyə qayıt        Baxış: 363          Tarix: 1-10-2019, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma