Xəbər lenti

 

Suriya Prezidenti Bəşər Əsədin YPG/PKK terror təşkilatı ilə nəzarət altındakı bölgələrin idarəçiliyi və terroçuların orduya qatılanması məqsədilə aparılan danışıqlar uğursuzluqla nəticələnib.

Teleqraf.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Vəlid Müəllim Şam rəhbərliyinin YPG ilə dəyişkən siyasətinə görə dialoqun dayandırıldığını deyib.

“YPG ilə aparılan danışıqlar ABŞ-la kürdlər arasında yaşanan gərginliyə görə istənilən səviyyəyə çatmadı. ABŞ bir gün YPG-dən xilas olacaqlarını, başqa gün isə xilas olmayacaqlarını deyirlər. Buna görə də YPG ilə dialoq dayandı”, - deyə bildirib.

Nazir həmçinin Suriya Milli Təhlükəsizlik İdarəsinin rəisi Ali Məmlükün bir müddət əvvəl Qamışlıya baş çəkərək bölgədəki təhlükəsizlik tədbirləri və hərbi hazırlıqlar haqqında məlumat aldığına dair xəbərləri təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 155          Tarix: 25-12-2019, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma