Xəbər lenti

 

“Sülh çeşməsi” əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verir ki, əliqanlı terror təşkilatı PKK/YPG “Fərat qalxanı” əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.

Nazirlik bildirib ki, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 181          Tarix: 25-12-2019, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma