Xəbər lenti

 

Gecə saatlarında ABŞ hərbi təyyarələri və pilotsuz aviasiyası İraqdakı Kətaib Hizbullah qruplaşmasının qərargahlarını bombalayıb. Nəticədə bu qruplaşmanın 25 döyüşçüsü ölüb, 50-dən çoxu yaralanıb. Ölənlər arasında Haşdi Şabinin (Kətaib Hizbullah bu təşkilatın tərkibindədir) komandalarından olan Əbu Əli Hazali də var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, əməliyyat ötən cümə günü Kərkük yaxınlığındakı ABŞ hərbi bazasının atəşə tutulması və bir amerikalının ölümünə cavab olaraq keçirilib:

“Bu hücumun Hind okeanının şimalında və Oman körfəzində İran-Çin-Rusiya hərbi təlimlərinin başlaması ilə eyni vaxta təsadüf etməsi maraqlıdır. İran tərəfi təlimlərə fərqli mənalar yükləmək istəsə də, Çin Kommunist Partiyasının mediası bölgədə kiminsə tərəfini tutmadıqlarını və yeganə maraqlarının dəniz yollarının təhlükəsizliyi olduğunu yazıb. Çünki Çinin idxal etdiyi neftin önəmli hissəsi bu bölgədən gəlir.

Yeri gəlmişkən, Yaponiya hökuməti Oman körfəzinə hərbi qüvvə göndərmək barədə qərar qəbul edib. Məqsəd Yaponiyaya yük daşıyan gəmilərin təhlükəsizliyini təmin etməkdir. Bu məsələdə Çin və Yaponiyanın maraqları üst-üstə düşür”.




Ana səhifəyə qayıt        Baxış: 219          Tarix: 30-12-2019, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma