Xəbər lenti

 

2019-cu ilin 11 ayı ərzində Ermənistana qoyulan investisiyaların həcmi 128,4 milyard dram təşkil edib.

Axar.az xəbər verir ki, bunu erməni iqtisadçı Vaaqn Xaçatryan “Lragir.am”a açıqlamasında deyib.

“Ümumi iqtisadi yanaşma var. Belə ki, əgər kapital qoyuluşu – ÜDM nisbəti 25%-dən aşağıdırsa, bu, ölkənin inkişafı üçün potensialın olmaması anlamına gəlir. Bizdə bu nisbət 18%-21%-dir. Biz bu problemi həll etməliyik. İnvestisiyaların həcminin artmamasına əsas səbəb odur ki, hazırkı hakimiyyət iqtisadi siyasətini pis təqdim edir, hökumət nümayəndələri ziddiyətli bəyanatlar verirlər. Burada qeyri-müəyyən vergi siyasəti də rol oynayır”, - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 31-12-2019, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma