Xəbər lenti

 

Qasım Süleymaninin qətlə yetirilməsinin əsas səbəbi İran və İraq şiələri arasında nifaq salmaq və beynəlxalq ictimaiyyəti İrana növbəti zərbələr endirməyə hazırlamaqdır. Bu ölkənin parçalanması ssenarisi artıq 10 ildir hazırdır və tədricən icra edilir.

Bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski öz Teleqram kanalında yazıb.

Jirinovski Liviyanın taleyini yaşamamaq üçün İrana ölkədə Rusiya hərbi bazasının yerləşdirilməsini təklif edib.

Siyasətçinin sözlərinə görə, generalın öldürülməsi bütün Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, şiə, müsəlman və antiamerikan qüvvələrinin həmrəyliyinə səbəb oldu.

Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə zərbə endirməyə, Yaxın Şərqdəki alovun qonşu bölgələrə yayılmasına çalışır və bu, nüvə silahının tətbiq olunduğu böyük müharibəyə gətirə bilər.

“Lakin biz bunun qarşısını ala bilərik. İran Rusiyaya müraciət edə bilər, biz isə tez bir zamanda Hind okeanı sahilində öz hərbi-dəniz, hərbi-hava bazalarımızı və quru qoşunlarımızı yerləşdirə bilərik. Həmçinin İran müasir hava hücumundan müdafiə sistemini almaqla öz səmasını bağlaya bilər. İran bunu etsə, sağ qalacaq, etməsə, onu Liviyanın taleyi gözləyir”, - deyə siyasətçi əlavə edib. \\Axar




Ana səhifəyə qayıt        Baxış: 227          Tarix: 4-01-2020, 21:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma