Xəbər lenti

Sentyabrın 25-də İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendumun keçirilməsi planlaşdırılır. Maraqlıdır, İraqda müstəqil Kürdüstanın yaradılması Türkiyə üçün hər hansı bir təhlükə kəsb edirmi?

Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi Telman Nüsrətoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ümumiyətlə, Trampın Yaxın Şərqə səfəri sonrasında burada qarşıdurma və xaosun

dərinləşməsinə xidmət edən proseslər daha da dərinləşib. Qətər məsələsi də, 25 sentyabr referendumu da bir yerdə dəyərləndirilməlidir.

Bildiyiniz kimi, Ora Şərqdə Birinci Dünya müharibəsi sonrasında cizilən sərhədlərin, siyasi konfiqurasiyanın yenidən şəkilləndirilməsi prosesi gedir. Bu prosesi aparan da Amerika-İsrail ittifaqıdır. Burada əsas məsələ bölgəni etnik, məzhəb çatışmalarına boğaraq yeni konfiqurasiyanı qəbul etdirməkdir.  Dediyim kimi, Suriya torpaqlarından Aralıq dənizinə uzanan kürd terror koridoru məsələsi də, bu referendum da, Qətər də, Səudiyyə Ərəbistanı və İranın antoqonist fəaliyyətləri də eyni böyük planın tərkib hissəsidir.

Bu bölünmə və xaosu öz potensialı ilə dayandıra biləcək tək ölkə Türkiyədir. Diqqət etdinizsə, bu proseslərin hamısı bu və ya digər formada Türkiyəni necə deyərlər siyasi və iqtisadi baxımdan küncə sıxışdırmaq məqsədi güdür. Zamanlaması və paralel yürüməsi də maraqlıdır. Qətərlə də, Quzey İraq Kürdüstan idarəsiylə də Türkiyənin yaxşı əlaqələri var. Ancaq Quzey İraqdakı siyasi çalar çoxrənglidir. Orada İsrail, Amerika və İranın da ciddi təsiri var.

Bərzanini bu referenduma itələməklə, həm də Türlkiyə ilə üz-üzə qoymaq istəyirlər. Onsuz da hazırkı şəraitdə Quzey İraq Kürdüstanının müstəqilliyinə nail ola bilməyəcəklər. Bağdat, Ankara və Tehran bu məsələdə bərabər hərəkət edəcək. Bu proseslərin necə yekunlaşması bölgədə və dünyada şəkillənən yeni ittifaqlardan asılı olacaq. Türkiyə artıq buxovlarından azad olur, günü-gündən güclənir. İran da bu məsələdə Türkiyə ilə bərabər hərəkət edərək İraq və Suriya ərazisində bir proje dövlətinin ortaya çıxmasına icazə verməyəcək. Məncə, o referendum keçirilsə də, onun nəticələrini həyata keçirə bilməyəcəklər”.

 




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 10-06-2017, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma