Xəbər lenti

 

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət alıb.

Bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib. 

T.Abazovun vəkili Qaqi Mosiaşvili bildirib ki, müdafiə etdiyi şəxslə yanaşı, iş üzrə ittiham olunan digər üç nəfərə də bəraət verilib.

O qeyd edib ki, bəraət hökmündən sonra girov müttəhimlərə qaytarılacaq.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. 2018-ci il dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Ötən ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. O, ötən ilin noyabrından Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. \\Report




Ana səhifəyə qayıt        Baxış: 279          Tarix: 12-02-2020, 19:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent