Xəbər lenti

 Avropa və ABŞ Türkiyəyə sərmayə yatırılmasının qarşısını almağa çalışır. Onlar Türkiyənin bölgədə lider dövlət kimi formalaşmasından narahatdırlar.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib.

“Qətərə məhz Türkiyəyə görə sanksiya tətbiq edirlər. 2009-cu ildə Qətər və Türkiyə arasında 19 milyardlıq təbii qaz müqaviləsi imzalanıb. Bəzi qüvvələr bundan narahatdırlar. İrandakı teraktları da Türkiyənin önünü kəsmək üçün törətdilər. Çünki qonşu, dost İran Türkiyə iqtisadiyyatına güc qatan dövlətlərdən biridir.

Bildiyimiz kimi, terrorçular İrana Ermənistandan keçiblər. Ermənistan hökuməti Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində terror qruplaşmalarının düşərgələrini yaradıb. 2016-cı ildə Ermənistan rəhbərliyi Suriyadakı vətəndaşlarını ölkəyə gətirib Qarabağa yerləşdirdi. Onların arasında İŞİD üzvlərinin olduğu məlum idi. Məhz həmin terrorçular İranda qanlı olaylar törətdi. Çünki maneəsiz şəkildə İrana gedib-gələ bilirdilər. İran həm Türkiyənin, həm də Qətərin qonşuluğunda yer aldığı üçün ora hədəf seçildi. Hər şey Türkiyənin güclənməsinin qarşısını almaq üçündür”, - Gülbəy bildirib.




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 11-06-2017, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma