Xəbər lenti

Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı irəli sürdüyü siyasi tədbirlərin heç bir əsası yoxdur. Bu, hüquqa ziddir, dövlətin daxili işlərinə qarışmaqdır və bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin çox sıx birliyi var. Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək.

Ovqat.com AZƏRTAC istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev jurnalistlərə müsahibəsində deyib.

“Eyni zamanda, Türkiyə öz inkişafını davam etdirəcək, demokratiyasını davam etdirəcək, dövlətçiliyini möhkəmləndirəcək. Bundan əvvəlki sanksiyalar zamanı olduğu kimi, Avropa dövlətləri Türkiyəyə qarşı səhv etdiklərini yenə də anlayacaq və zaman gələndə etiraf edəcək. Biz həmişə ədalətin, haqqın tərəfindəyik və bu gün də Türkiyəyə qarşı çıxanları pisləyirik və Türkiyənin yanındayıq”, - deyə M.Quliyev fikrini yekunlaşdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 094          Tarix: 28-04-2017, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma