Xəbər lenti

 

Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salman (MBS) kral ailəsinin 3 yüksək mənsəbli üzvünü həbs etdirib. Onlar taxt-taxta istənilən potensial rəqibi kənarlaşdırmaq cəhdində təqsirləndirilir. Bu, məsələyə bələd olan insanların iddiasıdır.

“The Wall Street Journal” və “New York Times” qəzetləri Cümə günü xəbər verib ki, padşah Salmanın kiçik qardaşı şahzadə Əhməd bin Əbdüləziz və kralın qardaşı oğlu şahzadə Məhəmməd bin Naif (MBN) səhər saatlarında saxlanılıblar.

İttihamların təfərrüatları bilinmir, ancaq Səudiyyə kral ailəsinin 2 üzvünün xəyanətdə günahlandırılması bildirilir.

Vaxtilə taxt-taca iddialı bu iki adamın hazırda ömürlük həbs və ya edam aqibəti ilə üzləşdiyi aşkardır. Bunu da məsələyə bələd olan insanlar söyləyiblər.

Səudiyyə orqanları Naifin kiçik qardaşı şahzadə Nəvaf bin Naifi də nəzarətə götürüblər.

Məlumata görə, Səudiyyə kral məhkəməsinin mühafizəçiləri Cümə günü, səhər 2 adamın evinə gələrək onları nəzarətə alıblar.

Son bir neçə ildə, 84 yaşlı kral Salman iqtidarını möhkəmləndirdikdən, oğlu MBS-i tacdar şahzadə və krallığın de-fakto hökmdarı təyin etməsindən bəri kral ailəsində bəzi şəxslərin, o cümlədən həbs olunanların mövqeləri ciddi şəkildə zəifləyib.

Qoşunlara nəzarət və Riyadın kəşfiyyat xidməti ilə güclü bir mövqeyə sahib olan MBN daxili işlər naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, 2017-ci ildən ev həbsi altındadır.

 

ZaidBenjamin@ZaidBenjamin5

⭕️ اعتقال احمد بن عبد العزيز صباح الجمعة
⭕️ اعتقال محمد بن نايف وشقيقه نواف اثناء وجودهما في رحلة تخييم ليلة الخميس خارج الرياض في مكان كان يستقبل فيه عادة اميركيين
⭕️ تفتيش منازلهم جميعا
⭕️ اتهامهم بالخيانة العظمى
⭕️ إبلاغ كبار العائلة الحاكمة ان الثلاثة كانوا يخططون لانقلاب

313 people are talking about this

Şahzadə Əhmədə səltənətdən sərbəst gediş-gəliş icazəsi verilib. O, Çərşənbə günü Fars körfəzi ölkələri arasında populyar bir əyləncə ovu üçün xaricə səfərdən yenicə qayıdıb, ancaq ertəsi gün həbs olunub.

Bunu ailənin yaxın üzvü iddia edib.

 

“Yalnış və axmaq bir qayda”

Şahzadə Əhmədin 2018-ci ilin sonlarında könüllü sürgünə gedəcəyi düşünülürdü.

Qərar bir qrup etirazçı London iqamətgahının qarşısında toplandıqda, krallıq rəhbərliyinə qarşı nadir bir tənqid nümayişindən sonra alınıb.

Şahzadə Əhməd yəmənli və bəhreynli etirazçıların qarşısına çıxaraq, padşah və tacdar şahzadənin bölgənin başına gələn müsibətlərdə günahlandırılacağını söyləyib.

MEE-yə verdiyi əvvəlki müsahibədə dissident şahzadə Xalid bin Fərhan şahzadə Əhmədi krallığı “yarıtmaz və axmaq” hakimiyyətdən qorumaq üçün taxt-tacı MBS-dən geri almağa çağırıb.

2013-cü ildə Almaniyada siyasi sığınacaq alan şahzadə Xalid deyib ki, əgər şahzadə Əhməd və şahzadə Muqrin bin Əbdüləziz, habelə daha bir kral ailəsi üzvü sıralarını birləşdirsə, “kral ailəsi üzvlərinin 99 faizi, təhlükəsizlik xidmətləri və ordu onların arxasında duracaq”.

Hakimiyyətə gəldikdən bəri MBS fəallar, alimlər, yazıçılar, iqtisadçılar və ictimai xadimlərin etirazını yatırdaraq, müxalif səslərə qarşı qəddar bir təzyiqlə, səltənət üzərində dəmir yumruğunu nümayiş etdirib.

2017-ci ildə MBS ən azı 11 Səudiyyə şahzadəsini və yüzlərlə səudiyyəli iş adamını “Ritz-Carlton” otelində bir antikorrupsiya əməliyyatı çərçivəsində həbsdə saxlayıb.

Bir neçə yaşlı şəxs döyülərək işgəncələrə məruz qalıb və sonradan xəstəxanada müalicə olunub.

Növbəti il o, jurnalist Camal Xaşuqcinin öldürülməsinə rəhbərlik edərək beynəlxalq miqyasda bənam şöhrət qazanıb. CIA-nın rəyincə, sui-qəsdi şahzadə sifariş verib.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 421          Tarix: 7-03-2020, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma