Xəbər lenti

 

Rusiya Xarici İşlər Nazirliyi martın 5-də Moskvada Putinlə görüşdən sonra Türkiyə lideri Ərdoğla Rusiya XİN rəhbəri Lavrova arasında baş tutan söhbət barədə yayılan xəbərlərə reaksiya verib.

Nazirlik rəsmi səhifəsində Türkiyənin "Yol Tv" adlı nəşrinin yaydığı məlumatı paylaşaraq, sözügedən dialoqun mətbuatda yanlış anlaşıldığını bildirib.

Rusiya XİN-i əslində Sergey Lavrovun Ərdoğana "I love your tie" (Qalstukunu bəyəndim) dediyini qeyd edib.

Qeyd edək ki, Türkiyə mətbuatı sözügedən görüşdə Lavrovun Ərdoğana "I love Tayyib" (Səni sevirəm, Ərdoğan) deməsi barədə məlumat yayıb. \\Axar




Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 7-03-2020, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma