Xəbər lenti

Suriyada Əsəd rejimi qüvvələri İdlib gərginliyi azaltma bölgəsində ələ keçirdikləri yaşayış məntəqələrini talan etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Yeniakit” nəşri məlumat yayıb.
Bildirilir ki, rejim qüvvələri son vaxtlarda İdlibin cənubunda mülki əhalini yerlərindən edir:
“Onlar evlərdən qapıları, pəncərələri, kabelləri, santexnika avadanlıqlarını, mətbəxt ləvazimatlarını, hətta kran və şkafları oğurlayaraq kəndlərin mərkəzində toplayırlar. Daha sonra yağmaladıqları əşyaları böyük yük maşınlarına yığırlar. Həmin əşyaları Hələb və Dəməşqə apararaq ucuz qiymətə satırlar”.



Ana səhifəyə qayıt        Baxış: 1 402          Tarix: 1-04-2020, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma