Xəbər lenti

Qətər ABŞ-la 36 ədəd "F-15" tipli qırıcı təyyarənin alınmasına dair təqribən 12 milyard dollar məbləğində müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatına istinadən "Bloomberg" məlumat yayıb.

Saziş ABŞ prezidenti Donald Trampın bu yaxınlarda əmirliyin ünvanına söylədiyi tənqidlərə rəğmən imzalanıb. Amerika lideri Qətərin "çox yüksək səviyyədə" terrorçuluğun maliyyələşdirilməsi ilə məşğul olduğunu bəyan edib.

ABŞ-ın və Qətərin müdafiə nazirləri Ceyms Mettis və Xalid bin Məhəmməd əl-Atıyey arasında sazişin imzalanması üçün görüş iyunun 14-də keçirilib.

  




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 15-06-2017, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma