Xəbər lenti

 

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Dohaya səfəri Türkiyənin Qətər böhranı ilə bağlı dəqiq mövqeyini ortaya qoydu. Onun səfəri Türkiyənin qəti olaraq Qətərin tərəfində olduğunu göstərdi.
Bu sözləri ərəb əsilli türkiyəli siyasi ekspert Samir Salha deyib. Salha Ankaranın hansı səbəbdən Qətərin tərəfində olmasına aydınlıq gətirib:
"Səbəblərdən birinin Qətər ilə birgə siyasi və iqtisadi maraqların olduğunu düşünürəm. Son illərdə Ankara və Doha arasında əhəmiyyətli bir yaxınlaşma oldu. Bundan başqa, Qətər son zamanlarda məlumat paylaşımı baxımından və siyasi sahədə Türkiyəyə bir neçə dəfə dəstək verdi".
Qətərlə mövqe yaxınlığının bu ölkədəki Türkiyə hərbi bazasının yaradılması qərarına kəskin təsir etdiyini deyən ekspert Ər-Riyadla münasibətləri də gündəmə gətirib: "Son aylarda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə də irəliləyiş oldu. Türkiyənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrini qoruyub saxlaması mühümdür. Qətəri açıq bir şəkildə dəstəklədikdən sonra Türkiyə üçün digər Körfəz ölkələri ilə səmərəli əlaqələr qurmaq çətin olacaq. Ankara Qətər böhranının həlli naminə Körfəz ölkələri ilə dialoq qurmaq üçün ciddi səy göstərmir. Bu vəziyyəti düzəltmək lazımdır. Körfəz ölkələrindəki siyasətçilər gərginliyin "isti" mərhələyə keçməsi məqsədini güdmədiyini bir neçə dəfə açıqlayıb. Mən vəziyyətin bu cür inkişaf edəcəyini düşünmürəm. Qətərə ərzaq göndərilməsi və TBMM-in əsgərlərimizi oraya yerləşdirmək qərarı vəziyyətin həlli üçün yeganə mühüm addım deyildir. Böhranın inkişafına İran Xarici İşlər nazirinin Ankaraya səfəri də çox təsir etdi. Türkiyə, İran, Fransa və Almaniyanın mövqeyi təkcə Qətər üçün deyil, tərəfdaşları üçün də gözlənilməz bir hadisə oldu. Türkiyə Qətərə edilən bu hücumda özünün də hədəfdə olduğunu hiss etdi. Ölkədə həm siyasi hakimiyyət, həm də mütəxəssislər növbəti hücumun birbaşa Türkiyəyə olacağını düşünür".(Axar.az)



Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 16-06-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma