Xəbər lenti

 

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumat yaydı. İdarənin mətbuat xidmətinin məlumatına görə, hazırda informasiya müxtəlif kanallar üzrə yoxlanılır.

Hava zərbələrinin təfərrüatları

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular mayın 28-də da Suriyanın Rakka şəhərinin yaxınlığında məhv edilib. Hava zərbələrinə məruz qalan müşavirədə İŞİD liderinin də iştirakı istisna edilmir.

Mayın sonunda Rusiya Müdafiə Nazirliyi İŞİD liderlərinin müşavirəsinin keçiriləcəyi barədə informasiya alıb. Məlumatların yoxlanılması zamanı aydın olub ki, İŞİD döyüşçülərinin “cənub dəhlizi” vasitəsilə Rakkadan çıxışı üzrə marşrutların planlaşdırılması müşavirənin hədəfi idi. Aviasiya zərbələri gecə vaxtı endirilib. Görüşün yeri və vaxtı haqqında məlumatlar pilotsuz təyyarələr tərəfindən təsdiq edilib. Rusiya tərəfi zərbələr haqqında ABŞ-a qabaqcadan xəbərdarlıq edib.

Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in “hərbi şura”sına daxil olan yüksək vəzifəli terrorçular məhv edilib. Bundan başqa, 30 səhra komandiri və onların 300-ə qədər şəxsi mühafizəçisinin məhv edildiyi bildirilir. Məhv edilmiş terrorçular arasında Rakka “əmiri” Əbu əl-Hacı əl-Misri, Rakkanın Es-Suxne rayonuna nəzarət edən İbrahim Ən-Naef əl-Hac və İŞİD-in “təhlükəsizlik xidməti”nin başçısı Suleyman Əl-Şayax da var.

İŞİD-ə güclü zərbə

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hesab edir ki, İŞİD liderinin ölməsi təsdiqlənərsə, bu terror təşkilatına güclü zərbə olacaq.

“İŞİD bütün cəbhələrdə geri çəkilir. Liderin ölməsi hərbi məğlubiyyəti sürətləndirəcək”, - senator Tvitter hesabında yazdı.

Öz növbəsində, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Vladimir Cabarov bildirib ki, Bağdadinin həlak olması halında da müharibə davam edəcək: “Bir liderin qətli müharibə qurtarmır. Amma bu, terrorçularla mübarizəyə əhəmiyyətli töhfə verə bilər”.

Onun sözlərinə görə, liderin ölməsindən sonra İŞİD-də təlaş yarana bilər. Senator bundan Rusiya və Suriya hava qüvvələrinin istifadə etməli olduğunu deyib.

“Bu anı qaçırmaq olmaz”, - Cabarov vurğulayıb.

Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitənin başçısı Viktor Ozerov əmindir ki, İŞİD liderinin həlak olması Rakkanın döyüşçülərdən azad edilməsinə imkan yaradacaq. Onun sözlərinə görə, istənilən rəhbərin ölümü təşkilatın planlaşdırılmış fəaliyyət sxemlərini pozur.

“Bu sxemləri yenidən qurmaq üçün vaxt lazım olacaq və nəticədə təşkilatı zəifləyəcək”, - o vurğulayıb.

“Missiya həlak olmaqdır”

BMT-nin Qaçqınların işləri üzrə komitənin nümayəndəsi Bruno Qeddonun sözlərinə görə, Bağdadinin mümkün məhvi Mosulun ətrafında vəziyyətdə təsir etməyəcək.

“Onların missiyası həlak olmaqdır. Və onlar həlak olacaqlar və maksimum zərər verəcəklər. Onlar hələ ki ölürlər və bunu etməyi öyrəniblər”, - Qeddo jurnalistlərə bildirib.

Əbubəkr Əl-Bağdadi 2014-cü ildən İŞİD-ə rəhbərlik edir. O, ilk dəfə həmin ilin iyulunda tamaşaçı qarşısına çıxaraq Yaxın Şərqdə “islam xəlifəsi”nin yaradılmasını elan edib. Bağdadi hazırda dünyada ən axtarılan cinayətkarlardan biridir. ABŞ-ın keçən ilinin dekabrında onun haqqında informasiya üçün mükafatı 10 milyon dollardan 25 milyon dollara qədər artırıb. KİV bir neçə dəfə müxtəlif mənbələrə istinadən İŞİD liderinin ölümü informasiya yaysa da, ancaq bu informasiyalar təsdiq edilməyib.




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 16-06-2017, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma