Xəbər lenti


ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi işçi qrupunun rəhbəri Brayan Huk İrana silah satışına qoyulan sanksiyanın vaxtının uzadılmasının əhəmmiyyətindən danışıb.
Teleqraf.com xəbər verir ki, İranın gizli yollarla Yəməndəki qiyamçı husilərə silah-sursat göndərməsinə toxunan Huk İslam Respublikasının bölgədə sonsuz müharibənin tərəfdarı olduğunu deyib.

Amerikalı diplomat hesab edir ki, İrana qarşı tətbiq edilən silah embarqosu aradan qaldırılsa, regionda vəziyyət indikdindən də pis olacaq:
“Amerikanın Bəhreyn, Suriya, İraq və Livandakı hərbi qüvvələri İran və onun dəstəklədiyi qüvvələr tərəfindən hədəfə alınacaq, körfəz daha böyük təhdidlərlə üz-üzə qalacaq. Silah embarqosu aradan qaldırılsa, İran hazırda gizli şəkildə gördüyü işi açıq-aşkar edəcək. Hesab edirəm ki, əgər israillilərlə ərəblər bu təhlükədən danışırlarsa, bu o deməkdir ki, dünya birliyi bunu eşitməli, məsələyə ciddi yanaşmalıdır”.

Huk Avropa Birliyinin də İrana qarşı tətbiq edilən silah embarqosunun vaxtının uzadılması təklifini verdiyini bildirib: “Lakin hesab edirik ki, bu addım yetərincə deyil. Çünki İran keçmişdə olduğu kimi, digər yerlərdən və mənbələrdən yenə silah ala bilər. Bizim beynəlxalq bir qadağanın tətbiqinə ehtiyacımız var. Çünki beynəlxalq qadağanın olmaması İrana yenə bu imkanı vercək ki, istədiyi silahları müxtəlif yollarla digər ölkələrdən satın ala bilsin”.



Ana səhifəyə qayıt        Baxış: 2 279          Tarix: 30-07-2020, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma