Xəbər lenti


Görəcəksiniz, Türkiyədə heç kimin gözləmədiyi proseslər baş verəcək. Türkiyə yaxın zamanda dünyanın cazibə mərkəzinə çevriləcək, yetər ki, biz sabitliyimizi saxlaya bilək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hərbi bazada əsgərlərlə görüşündə deyib.
Soylu böyük addımlar atmağın zamanı gəldiyini bildirib:

“Bizdə sabitlikdirsə, Yaxın Şərqdə də sabitlikdir. Bizdə sabitlikdirsə, Qafqaz regionunda da sabitlikdir.

Biz müsəlmanıq, böyük mədəniyyətin övladlarıyıq. Biz qonşu, dost, qohum, düşmən, əmanətin nə olduğunu çox gözəl bilirik”, - deyə nazir bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 724          Tarix: 1-08-2020, 11:12      


Paylaş:   

Ən çox oxunanlar