Xəbər lenti
Bu gün, 19:25


"Amerikalı senatorların Sassnitz limanına yönələn hədələri ABŞ və Almaniya arasında münasibətlərdəki böhranı daha da dərinləşdirir”. Alman qəzeti “Handelsblatt” belə yazır. Almaniya Xarici İşlər İdarəsinin reaksiyası isə daha sərt olub: "Amerikanın yaxın tərəfdaşlara və müttəfiqlərə qarşı sanksiyalar tətbiq etmək siyasəti bizim suveren hüquqlarımıza ciddi zərbədir”, - “Handelsblatt” ilə söhbətində Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxslərindən olan Niels Annen vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın bu kimi hərəkətləri "tamamilə yersizdir”.

ABŞ-ın aparıcı senatorları Baltik dənizi üzərindən "Şimal axını-2" qaz kəmərinin inşasını dayandırmaq əzmindədirlər. Çərşənbə günü respublikaçı senator Ted Cruise həmkarları Tom Cotton və Ron Conson ilə birlikdə “Fährhafen Sassnitz GmbH” şirkətinin rəhbərliyinə məktub göndərib. Məktubda deyilir: "Şimal axını-2” layihəsinə bu və ya digər sahədə dəstək verməyə davam etsəniz, gələcəkdə şirkətinizin maliyyə perespektivini korlayacaqsınız".

"Almaniya Xarici İşlər Nazirliyi Amerikanın Avropanın daxili işlərinə müdaxiləsini pisləyir. Amerikalı senatorların Almaniya şirkətlərini təhdid edən məktublarının tonu və məzmunu tamamilə qəbuledilməzdir", - Niels Annen bildirib. "Amerikalı tərəfdaşlarımıza bildirmək istərdik ki, müəssisələrimizə təzyiq göstərməyə imkan verməyəcəyik”. Onun sözlərinə görə, Almaniya və Avropanın enerji siyasətinə dair qərarlar Vaşinqtonda deyil, Berlin və Brüsseldə qəbul edilir ".
Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi bildirib ki, Avropa İttifaqı Şurasında sədrlik edən Almaniya " Avropanın suverenliyini gücləndirməyə çalışacaq". Siyasətçinin rəyinə görə, “Avropa ilə şantaj dili ilə danışmaq olmaz".

"Meklenburq-Vorpommern federal əyalətinin baş naziri Manuela Schwesig də ABŞ-ın təhdidlərini yolverilməz hesab edir:" Almaniya enerjisini haradan və necə əldə etdiyinə özü qərar verə bilər”, o deyib. Elə bu səbəbdən də Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyaləti boru kəmərinin inşasına dəstəyini davam etdirəcək.
"Ancaq bu günə qədər avropalılar ABŞ-ın sanksiya təhdidlərinə qarşı təsirli müdafiə sistemi ortaya qoya bilməyiblər", Almaniya qəzeti bildirir və əlavə edir ki, əvvəlcə Amerikalılar Avropa şirkətlərini İrandan qovdular, sonra isə “Şimal Axını-2” boru kəmərinin çəkilişini iflic etdilər.
"Rusiya boru kəmərlərinin çəkilişini təkbaşına həyata keçirəcəyini bildirdi və bu məqsədlə öz gəmilərinin ikisini Sassnitz limanına göndərdi. Ancaq işdə irəliləyiş nəzərə çarpmır”.

"Ən əsas səbəb odur ki, amerikalılar tikinti layihəsinin davamında iştirak edəcək hər kəsə qarşı yönəlmiş yeni bir sanksiya qanunu hazırlayırlar. Bu sanksiyalar sığorta şirkətləri, liman operatorları, təchizatçıları, hətta alman məmurları əhatə edə bilər. Amerikalı konqresmen məktubunda həmin qanuna istinad edir", - Almaniya qəzeti yazır.
"Sanksiya siyasəti üçün ABŞ həm Amerika bazarının iqtisadi əhəmiyyətindən, həm də dolların dünya maliyyə sistemindəki əsas rolundan istifadə edir. ABŞ-a qarşı cavab sanksiyaları tətbiq etmək avropalıların ən təsirli silahı ola bilər. Belə ki, avropalılar Amerika şirkətlərinin Avropaya girişinə məhdudiyyət qoya bilər. Bu siyasət ABŞ-ın Avropaya tətbiq etdiyi sanksiyaları aradan qaldırılana qədər davam etməlidir”, məqalədə belə deyilir.


"Ancaq Almaniya hökuməti vəziyyəti daha da gərginləşdirməkdən çəkinir, onun fikrincə, bu, iqtisadi müharibəyə başlamaq anlamına gələ bilər.

Bu məsələ ilə bağlı Federal hökumətdə yekdil fikirdəyik: eskalasiyanın qarşısını almaq üçün danışıqlara həmişə hazırıq”, Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier bildirib.musavat.com


https://www.handelsblatt.com/politik/international/gaspipeline-bundesregierung-verurteilt-us-drohungen





Ana səhifəyə qayıt        Baxış: 3 083          Tarix: 8-08-2020, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma