Xəbər lenti
Hurriyyet.org xəbər verir ki, Türkiyənin Enerji və Təbii Mənbələr naziri Fatih Dönmez Qara dənizdə kəşf edilən 320 milyard kubmetrlik təbii qaz ehtiyatı ilə bağlı açıqlamasında deyib: “Bundan sonrakı qaz və neft qiymətlərini bilmədən gələcəklə bağlı proqnoz vermək çətindir. Dünyada qlobal miqyasda qaz qiymətləri neft indekslərinə uyğun şəkildə həyata keçir. 3-5 illik perspektivə baxsaq, bu miqdardakı qazın maliyyə dəyərinin 65 milyard dollar olacağını deyə bilərik”.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Dönmez iştirak elədiyi televiziya proqramında Qara dənizdə kəşfiyyat aparılan bölgədə seysmik araşdırma işlərinin təqribən 14 ay bundan əvvəl başladığını, yerin minlərlə kilometr dərinliyinin rentgen şəkillərinin çəkildiyini bildirib.

O, bölgədə dənizin dərinliyinin 2 min 100 metr olduğunu söyləyərək deyib: “1500 metr civarında qazıntı işlərindən sonra  2 ədəd qaz mədəni tapdıq. Texniki heyət testlər apardı. Qaz kəşf edildiyini aşkar elədik.  Möhtərəm prezidentimizə məlumat verdik və texniki heyətlə birlikdə məsələni ətraflı şəkildə ona bildirdik. Əslində bu gün təkcə 83 milyonun yox, bölgədə yaşayan, yaşamayan hər kəsin maraqla gözlədiyi xəbəri paylaşmış olduq”.



Ana səhifəyə qayıt        Baxış: 3 081          Tarix: 22-08-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma