Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Pakistan münasibətləri normallaşdırmaq məqsədilə İsraillə «məxfi danışıqlara» başlayıb.
Bu barədə dekabrın 17-də öz mənbələrinə istinadla İsrailin «Nziv» analitik-informasiya portalı xəbər verib. İddia edilir ki, noyabrın 20-də Ben-Qurion adına beynəlxalq aeroportda (Təl-Əviv) göyərtəsində Pakistanın Baş naziri İmran Xanın müşaviri Səid Buxarinin olduğu bildirilən «British Airways» şikətinin təyyarəsi eniş edib.
«Buxari İslamabaddan Londona, sonra isə oradan Təl-Əvivə uçub. Onu isti qaşılayıb, birbaşa İsrali Xarici İşlər Nazirliyinə (XİN) müşayiət ediblər» - mənbələr bildiriblər. Xəbər verilir ki, yüksək məqamlı Pakistan məmuru İmran Xanın İsrailin Baş naziri Binyamin Netenyahuya ismarışını çatdırıb. Guya Pakistan hökumətinin başçısı İsrailli həmkarının nəzərinə çatdırıb ki, "bu ölkə ilə diplomatik danışıqlara başlamaq barədə strateji qərar qəbul edib".
Buxari bir neçə gün yəhudi dövlətində olub və həmin müddətdə İsrailin Xarici Kəşfiyyat İdarəsinin («Mossad») başçısı Yosi Koenlə görüşüb.
«Hazırda İslamabad İsraillə münasibətləri normallaşdırmaq üçün dialoqa başlamağa can atır ki, Hindistanla aralarında yaşanan münaqişədə əlavə dəstəyə nail ola bilsin. Pakistan bu məsələdə İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşması atmosferindən yararlanır» - portal yazır.
O da təsdilənir ki, İsrail hökuməti Pakistan hökumətinin başçısının ismarışına müsbət reaksiya verib və «indiki mərhələdə İslamabadın dəstəklənməsi üçün gücü çatanı edəcəyini vəd verib».
«İsraillə Pakistan arasında münasibətlərin normallaşması İslamabada böyük iqtisadi sabitlək gətirəcək» - deyə, mənbələr bildiriblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar