Xəbər lenti

İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla öldürülüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Bir neçə gün əvvəl isə idarədən bildiriblər ki, İŞİD liderinin ölümünü təsdiq edəcək sübutlar yoxdur.

Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu ehtimal edilir.

 




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 22-06-2017, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma