Xəbər lenti


Rusiyaya qarşı sanksiyaların ləğvi üçün heç bir səbəb yoxdur və Minsk razılaşmalarının həyata keçirilməsində daha çox irəliləyişə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik İttifaqı Partiyasının yeni sədri Armin Laşet deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində rusların üstünlük təşkil etdiyi tərəfdən hələ də gizli və açıq təcavüz aktları mövcuddur:

“Sanksiyalar əsasən Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqindəki münaqişə ilə bağlı qəbul edilib.

Minsk razılaşmalarına gəldikdə, daha çox irəliləyiş görmək istərdim. Bu baxımdan sanksiyaları ləğv etmək üçün indi heç bir səbəb yoxdur”.



Ana səhifəyə qayıt        Baxış: 2 863          Tarix: 23-01-2021, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma