Xəbər lenti

 
Almaniya, İsveç və Polşa diplomatlarının Rusiyadan qovulmasına cavab olaraq həmin ölkələr rus diplomatik nümayəndəliklərini persona non qrata elan edib.
 
Ovqat.com xəbər verir ki, dünən 3 Avropa ölkəsinin XİN bu barədə məlumat yayınlayıb.
 
“Almaniya Xarici İşlər Nazirliyi 18 aprel 1961-ci il tarixli “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”nın 9-cu maddəsinə uyğun olaraq, bu gün Rusiyanın Berlindəki səfirliyinin işçisini persona non grata elan etdi. Almaniya hökuməti bu addımla Rusiya Federasiyasının 5 Fevral 2021 qərarına reaksiya verdi. Rusiya Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı da daxil olmaqla bir neçə AB diplomatını ölkədən çıxardı. Bu qərar heç bir şəkildə haqlı deyildi", - deyə Federal Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib.
 
Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında “Rusiyadan qovulan alman diplomatın "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”nda nəzərdə tutulmuş vəzifəsini yerinə yetirdiyini, yerlərdə baş verən hadisələr haqqında qanuni yollarla məlumat aldığı” qeyd olunub.
 
İsveç Xarici İşlər Naziri Ann Linde də rus diplomatlarının ölkədən çıxarılacaqlarını açıqlayib: “Rusiya səfirinə Rusiya səfirliyinin işçisinin İsveçdən çıxması istənildiyi barədə məlumat verdik. Bu, yalnız vəzifələrini yerinə yetirən bir İsveç diplomatının ölkədən çıxarılmasına dair qəbuledilməz qərara açıq bir cavabdır”.
 
Varşava isə Poznandakı Rusiya Baş Konsulluğunun işçisini persona non grata elan edib. “Polşa diplomatının əsaslı səbəb olmadan qovulmasına cavab olaraq, Polşa Xarici İşlər Nazirliyi bu gün qarşılıqlı əlaqə prinsipinə uyğun olaraq, Almaniya və İsveç ilə koordinasiyada Rusiyanın Poznandakı Baş Konsulluğunun əməkdaşının persona non grata olaraq tanınması barədə qərar qəbul etdi”,-deyə Polşa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində Moskvanın rus diplomatların qovulmasını əsassız və dostanə olmayan bir addım hesab etdiyini vurğulayıb.
 
"Polşa, Almaniya və İsveçin bugünkü qərarları sadəcə əsassızdır, dostcasına deyil və Qərbin ölkəmizə münasibətdə həyata keçirdiyi və daxili işlərə müdaxilə olaraq qiymətləndirdiyimiz bir sıra hərəkətlərin davamıdır". 
 
Zaxarova Rusiyanın "cinayət başında yaxalanan" Avropa səfirliklərinin və konsulluqlarının nümayəndələrini ölkədən çıxardığını vurğulayıb.
 
Qeyd edək ki, ötən cümə günü Almaniya, Polşa və İsveçdən olan diplomatlar blogger Aleksey Navalnıyı dəstəkləmək üçün icazəsiz etiraz aksiyalarına qatıldıqları üçün Rusiyada persona non qrata elan edilmişdi.
 


Ana səhifəyə qayıt        Baxış: 5 429          Tarix: 9-02-2021, 06:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma