Xəbər lenti


Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində İranla sərhəddə gömrük məntəqəsində şənbə günü baş vermiş yanğın zamanı azı 70 nəfər xəsarət alıb.

Bu barədə İranın “Farsnews” agentliyi bildirib.

Qeyd edilir ki, alov təxminən 20 min kv metr ərazini əhatə edib. Hadisə nəticəsində təxminən 500 yük maşını yanıb. Onlardan azı 70-i İrana məxsus olub.

Qeyd edək ki, hadisə gömrük məntəqəsində benzindaşıyan maşının partlayışı nəticəsində baş verib. Əfqan tərəfi alovun söndürülməsi üçün İrandan kömək istəyib.

Yanğın lokallaşdırılıb.

/oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 2 971          Tarix: 14-02-2021, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma