Xəbər lenti

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi (DİN) Məkkədə planlaşdırılmış terror aktının ölkədən xaricdə hazırlandığını bildirib.

"Report"un məlumatına görə, bununla bağlı rəsmi "SPA" agentliyi xəbər verib.

Nazirliyin bəyanatında bildirilir ki, terror aktında məqsəd ölkədəki təhlükəsizliyin və sabitliyin pozulması olub. Planları pozulmuş terrorçu şəbəkəsi bütün müqəddəs dəyərləri pozub.

"Onlar xaricdən idarə olunan planı icra edirdilər ki, ölkənin təhlükəsizliyini və sabitliyini pozsinlar" – deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkə şəhərində İslam dünyasının müqəddəs məkanı olan Əl-Haram məscidində planlaşdırılan terror aktlarının qarşısını alıb.

Terror aktına hazırlaşanlardan biri yaşayış binasında gizlənərək təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. O, bundan sonra özünü partladıb. Hadisə zamanı 6 əcnəbi və hüquq-mühafizə orqanlarının 5 əməkdaşı yaralanıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 24-06-2017, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma