Xəbər lenti


Ermənistanda qeydiyyatda olan “Boeing-737” sərnişin təyyarəsi naməlum şəraitdə İranda peyda olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu beynəlxalq ekspert Suren Sarkisyan feysbuk səhifəsində yazıb.

“O, İrana naməlum şəraitdə ya verilib, ya da satılıb. İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq,

 Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu təyyarəni qonşu dövlətə verməsi təəccüblüdür. Bir neçə gün əvvəl həmin “Boeing-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib.

 Xatırladıram ki, ABŞ qanunvericiliyinə əsasən, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər”, - ekspert vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 514          Tarix: 23-02-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma