Xəbər lenti
Dünən, 22:15
Dünən, 21:16
Dünən, 21:00
Dünən, 19:50
Dünən, 18:06
Dünən, 17:16
Dünən, 16:13
Dünən, 14:57
Dünən, 13:57
Dünən, 11:09
16-01-2025, 23:09
16-01-2025, 22:12
16-01-2025, 21:48
16-01-2025, 20:26
16-01-2025, 18:07
16-01-2025, 17:26
16-01-2025, 16:15
16-01-2025, 15:57
"Rusiya Ukrayna ətrafında o qədər ciddi hərbi yumruq nümayiş etdirdi ki, bu da, Baydeni Kremlə telefon açmağa vadar etdi".
Ovqat.com xəbər verir ki, bunu Ukraynalı politoloq Mixail Pogrebinski Rusiyanın “Vzqlyad” qəzetinə açıqlamasında belə deyib.
Politoloqun fikrincə, bu zəngin məhz indi gəlməsi Moskvanın öz məqsədlərinə nail ola bildiyini göstərir:
“Rusiya qoşunlarını qərb sərhədlərinə göndərərkən elə ciddi hərbi yumruq nümayiş etdirdi ki, onlarla hesablaşmamaq mümkün deyildir. Əgər o, həmin yumruğu işə salınsaydı, bu, Ukrayna Silahlı Qüvvələrinin tamamilə darmadağın edilməsinə gətirib çıxarardı və heç kim onlara kömək edə bilməzdi".
Ekspertin sözlərinə görə, bu, ABŞ-ın diplomatik bəyanatlardan yox, güc nümayişindən anladığını göstərir.
"Zəng faktının özü, sözsüz ki, Baydenin kobudcasına bəyanatları ilə bağlı rəmzi gərginliyi aradan qaldırır. Bunu ABŞ-ın üzr istəməsi kimi də şərh etmək olar", - Pogrebinski belə hesab edir.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bir müddət əvvəl ABŞ telekanallarından birinə verdiyi müsahibəsində Rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırmış və bu hadisə bütün dünyada rezonans doğurmuşdu. Rusiya prezidenti Putin də bu təhqirə ibarəli üslubla “canı sağ olsun” deyərək cavab vermiş, ardınca Ukraynadakı son böhran ortaya çıxmışdı. Böhranın görünən səbəbi isə Moskvanın ATƏT platformasında Ukrayna məsələsinin müzakirəsindən çəkilməsi olmuşdu.
Politoloq Mixail Pogrebinski də bu insidentə eyham vuraraq bildirib ki, bəzi siyasətçilər Baydendən sonra Putinin ünvanına təhqirlər yağdırmaqdan xoşlanırdılar: “İndi isə Baydenin özü Putinə zəng vuranda hakimiyyət arasında yeni narazılıqlar yaranır".
Ümumiyyətlə, bu oyunun geosiyasi müstəvisində Ukrayna rəhbərliyindən heç nəyin asılı olmadığını düşünən politoloq əmindir ki, yalnız bir telefon zəngi gərginliyi aradan qaldıra bilərdi və o zəng də nəhayət gəldi:
“Bir neçə həftə əvvəl məndən soruşurdular ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə gərginliyi nə aradan qaldıra bilərdi? Mən də cavab vermişdim: "Baydenin telefon zəngi". Bu da oldu. İndi düşünürəm ki, Baydenlə Putinin telefon söhbətinin nəticəsi Kiyevdə də hiss olunacaq".
Politoloqun bəhs etdiyi telefon zəngi Kremlə çərşənbə axşamı gəlmişdi. ABŞ prezidentinin təşəbbüsü ilə iki ölkə rəhbəri telefonla danışmış, Bayden həmkarına "ikitərəfli əlaqələrdə" normallaşmanın tərəfdarı olduğunu bildirmiş və onu mübahisəli məsələlərin tam spektrinin müzakirəsi üçün üçüncü ölkədə keçiriləcək sammitə dəvət etmişdi.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər