Xəbər lenti


“Rusiya diplomatlarının Çexiyadan çıxarılmasının arxasında ABŞ durur”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin çoxsaylı problemləri var, siyasi-informasiya xarakterli tədbirlərlə həmin problemləri ört-basdır edirlər.

Qeyd edək ki, Çexiyanın baş naziri Andrey Babiş 2014-cü il aprelin 17-də ölkənin Vrbetis şəhərindəki bazada partlayışı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının törətdiklərini bildirib.

Məlumata görə, Çexiya Rusiyanın 18 diplomatının 48 saat ərzində ölkəni tərk etməsini istəyib. Rusiya da cavab tədbiri kimi Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarır.






Ana səhifəyə qayıt        Baxış: 3 079          Tarix: 19-04-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma