Xəbər lenti


Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bloger Aleksey Navalnını karyerasını yalan mübahisələr üzərində qurmağa çalışan siyasi fırıldaqçı adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun fikrincə, Navalnı həyatda ilk addımlarını atan, hələ də tamamilə təcrübəsiz olan insandır. Gənclər də daxil olmaqla çox sayda insanı öz dağıdıcı fəaliyyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, müxalifətçi lider həbsxananın xəstəxanasında keçən həftənin sonuna qədər ayağında və belində ağrı şikayətləri səbəbiylə daha yaxşı tibbi yardım tələb edərək,  aclıq aksiyası keçirib.



Ana səhifəyə qayıt        Baxış: 3 201          Tarix: 28-04-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma