Avropa Birliyi ilə problemli məsələləri həll etmək üçün Rusiyanın bütün təkliflərinə Brüssel tərəfindən davamlı olaraq məhəl qoyulmadı və ya rədd edildi.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Qərb mediasında antirusiya isteriyası müşayiət olunur. Dəlil göstərilmir. Bu cür hərəkətlərin əsl hədəfləri ölkəmizin inkişafını məhdudlaşdırmaqdır", - XİN-dən verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, Rusiya Avropa Birliyinin 8 rəsmi nümayəndəsinə sanksiya tətbiq edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər