
Xəbər lenti
Bu gün, 00:21
Dünən, 21:36
Dünən, 18:23
Dünən, 16:55
Dünən, 15:30
Dünən, 11:25
Dünən, 09:29
19-09-2025, 23:37
19-09-2025, 22:00
19-09-2025, 20:34
19-09-2025, 19:44
19-09-2025, 18:59
19-09-2025, 17:04
19-09-2025, 15:30
19-09-2025, 14:56
19-09-2025, 13:19

Ukrayna “Şimal axını-2" layihəsi ilə qaz nəql olunmayana qədər kəmərə qarşı mübarizəsini davam etdirəcək.
Ovqat.com-un məlumatına görə, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ATƏT – in baş katibi Helqa Şmid ilə Kiyevdə keçirilən görüşün yekununda keçirilən mətbuat konfransında bunu bildirib.
O qeyd edib ki, “Şimal axını2"-nın tikintisi 100% bitməyənə qədər heç nə başa çatdırılmayıb: “Yeri gəlmişkən, mən bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşümüz zamanı da danışmışam. Və ikincisi, oyun başa çatana qədər heç bir şey itirilmir. Şübhəsiz ki, indi "Şimal Axını – 2" inşaatçılarının bu layihəni başa çatdırmaq üçün xeyli böyük şansı var. Amma mənim həyatda bir qaydam var: həmişə sona qədər Ukraynanın milli maraqları uğrunda mübarizə aparmaq. "Şimal axını-2”-dən qaz axmayana qədər maraqlarımızın qorunması üçün mübarizə aparacağıq", - deyə ukraynalı nazir bildirib.
Qeyd edək ki, “Şimal axını-2” layihəsinin dayandırılmasını, dolayısıyla Rusiyanın aclıqla sınağa çəkilməsini Ukraynanın milli maraqları kimi qəbul edən Dmitri Kulebanın mövqeyindən fərqli olaraq, ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda “Şimal axını-2” layihəsinə yaşıl yandırmışdı. O bəyan etmişdi ki, “Şimal axını-2" qaz kəməri artıq "demək olar ki, tamamilə başa çatıb" və layihəyə qarşı sanksiyaların tətbiqi ABŞ-Avropa ilə münasibətləri baxımdan “əks-məhsuldarlıq” təşkil edir.
Baydenin bu bəyanatından sonra Ağ Ev də "Şimal axını-2" layihəsinin tikintisinin başa çatdırılmasına mane olmağın mümkünsüzlüyünü etiraf etmişdi. Blinken bilmişdi ki, “Nord Stream 2 AG” layihəsinin operatoru, onun rəhbərləri və işçilərinə qarşı sanksiyaların dayandırılması ABŞ-ın maraqlarına uyğundur.
Kubelanın bütün bunlardan sonra da “Şimal axını-2” layihəsinə qarşı inadkarlığı başadüşülən deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar