Xəbər lenti


ABŞ Dövlət katibinin köməkçisi Cənubi Qafqaz turnesini Gürcüstana yenidən qayıtmaqla bitirib.

Axar.az xəbər verir ki, dünən Tiflisə gələn Riker burada Baş nazir İrakli Qaribaşvili ilə görüşüb. Riker Qaribaşvili ilə regional təhlükəsizlik məsələsini müzakirə edib. Görüşdə Rikerlə bərabər Gürcüstan xarici işlər naziri David Zalkaliani və ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edib.

“Hökumət administrasiyasındakı görüşdə danışıqlar regiondakı yeni geosiyasi vəziyyət ətrafında gedib. Tərəflər Gürcüstanın rolunu Cənubi Qafqazda uzunmüddətli sülh nöqteyi-nəzərindən müzakirə ediblər və tərəfdaşlığın gələcək perspektivlərini qeyd ediblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, Riker Bakı və İrəvana səfərini də Gürcüstandan (7-8 iyun) başlamışdı.



Ana səhifəyə qayıt        Baxış: 3 192          Tarix: 12-06-2021, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma