Xəbər lenti


Rusiya Estoniyanın Sankt-Peterburqdakı konsulunun fəaliyyəti ilə bağlı bu ölkənin səfirliyinə etirazını bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya tərəfi Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatteni “arzuolunmaz şəxs” elan edib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Estoniya konsuluna Rusiyanı tərk etməsi üçün 48 saat vaxt verilib.

Lyatte iyulun 6-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Rusiya vətəndaşından gizli materiallar almaqda ittiham olunub. Rusiyanın Federal Təhlükəsizlik Bürosu bu cür fəaliyyətin diplomatik işçi statusu ilə uyğun olmadığını və Rusiyaya qarşı açıq şəkildə düşmənçiliyi ifadə etdiyini qeyd edib.

Bildirilib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq diplomata qarşı tədbirlər görüləcək.



Ana səhifəyə qayıt        Baxış: 2 798          Tarix: 7-07-2021, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma