Xəbər lenti
“Sanksiyalara qarşı cavab addımı”

Hurriyyet.org xəbər verir ki, Rusiya dövləti on nəfər amerikalı diplomatın ölkəni tərk eləməsini tələb edib.

ABŞ-ın Rusiyadakı səfirinin müavini Bartl Qormana Birləşmiş Ştatların Moskvadakı səfirliyinin 10 əməkdaşının “arzuolunmaz şəxs” elan edildiyini bildirib. Bu barədə məlumat Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Diplomatlardan 21 may gününün sonuna qədər Rusiyanı tərk eləmək tələb edilir.

Rusiya XİN açıqlamasında deyilir: “Bu addım Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı Baş konsulluğunun bir sıra əməkdaşlarına qarşı düşməncəsinə hərəkətlərinə cavabdır”.

Xarici siyasət idarəsi yaxın zamanlarda Rusiya Federasiyasının ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab çərçivəsində başqa addımlar da atacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 679          Tarix: 21-04-2021, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma