Xəbər lenti
Dünən, 23:39
Dünən, 19:39
Dünən, 16:17
Dünən, 15:46
Dünən, 09:30
19-01-2025, 23:30
19-01-2025, 22:21
19-01-2025, 20:40
19-01-2025, 19:31
19-01-2025, 17:10
19-01-2025, 16:24
19-01-2025, 15:27
19-01-2025, 14:30
19-01-2025, 13:54
19-01-2025, 13:00
İslam dünyasının mədəniyyət paytaxtlarından biri olan Qəzni şəhəri “Taliban”ın əlinə keçib. Kabildən cəmi 150 kilometr uzaqda olan bu strateji şəhər əsas Kabil-Qəndəhar magistral yolunun kənarında yerləşir və paytaxtla cənubdakı silahlıların qalaları arasında effektiv bir qapı rolunu oynayır.
Əyalət məclisinin rəhbəri Nasir Əhməd Faqiri “Frans Press Agentliyi”nə bildirib ki, “Taliban” şəhərin əsas bölgələrini - qubernatorluğu, polis qərargahını və həbsxananı nəzarətə götürüb. Şəhər 1990-cı illərin əvvəllərində eyni adlı vilayətdə birləşən “Taliban” qüvvələrinin qalası idi və onun ələ keçirilməsi silahlılar üçün həm taktiki, həm də psixoloji cəhətdən böyük bir zəfər rolunu oynayacaq.
Bir həftədən az müddətə taliblər 10 əyalət paytaxtını ələ keçirib və hazırda şimaldakı ən böyük şəhəri, ənənəvi “Taliban” əleyhinə Məzari-Şərif qalasını mühasirəyə alıb. Döyüşlər cənubdakı “Taliban” tərəfdarı olan Qəndəhar və Ləşkərgərdə, qərbdə Herat bölgəsində də davam edir.
“Taliban” dünənki açıqlamasında bildirib ki, Qəndəhardakı möhkəmləndirilmiş bir həbsxana ələ keçirilib, uzun bir mühasirədən sonra tamamilə alınaraq yüzlərlə məhbusu sərbəst buraxıblar. “Taliban” həbsdə olan döyüşçüləri azad etmək və sıralarını artırmaq üçün tez-tez həbsxanaları hədəf alır. Həbsxananın itirilməsi, həftələrdir “Taliban” tərəfindən mühasirədə olan ölkənin ikinci şəhəri üçün daha bir uğursuz əlamətdir.
L.SƏMLA
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər