Xəbər lenti

Almaniya kansleri Angela Merkellə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Ukrayna prezidentinin iqamətgahında baş tutub.

Görüşdə beynəlxalq və regional təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq və "Şimal axını-2" layihəsinin tikintisi ilə bağlı müzakirələr aparılıb.
Almaniya kansleri bildirib ki, Ukraynadan tranzit yolla keçən təbii qazın tədarükü ilə bağlı müqaviləni 2024-cü ildən sonra da uzatmaq niyyətindədir.

Ukrayna prezidenti öz növbəsində Donbas bölgəsindəki vəziyyət barədə məlumat verib və burada daimi atəşkəsin bərqərar olunması, eləcə də əsirlərin dəyişdirilməsinə ümidvar olduğunu bildirib.


Ana səhifəyə qayıt        Baxış: 2 823          Tarix: 22-08-2021, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma