Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin müşavirləri aprelin 19-da məsləhətləşmələr aparacaqlar. Onlar Ukraynanın şərqində gərginliyin azaldılmasından ötrü liderlərin sammitinin mümkünlüyünü götür-qoy edəcəklər.
Ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel ilə birlikdə Rusiyanı Ukrayna sərhədinə və işğal etdiyi Krıma qoşun yığmamağa çağırıb. Son həftələr Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında onsuz da kövrək atəşkəs pozulub. İlin əvvəlindən azı 30 ukraynalı əsgərin öldürüldüyü bildirilir.
Zelenski deyib ki, Ukrayna, Rusiya, Fransa və Almaniyanın daxil olduğu Normandiya formatı çərçivəsində dördtərəfli danışıqlar aparılmasını istəyir. Fransa və Almaniya 2015-ci ildən Ukrayna münaqişəsində vasitəçidir.
Rusiya Prezidenti Vladimir Putinlə mümkün sammitə hazırlıq məqsədilə Zelenski aprelin 16-da Makronla görüşüb. Daha sonra Merkel videoəlaqə vasitəsilə onlara qoşulub.
Almaniya kanslerinin idarəsi üçtərəfli danışıqlardan sonra bildirib ki, tərəflər Rusiyanın qoşun yığmasından narahatlıq bildirib, gərginliyin azaldılması üçün qoşunların geri çəkilməsini tələb ediblər.
Zelenski Parisdə deyirdi ki, siyasi müşavirlərin məqsədi Minsk razılaşmalarının icrasını canlandırmaqdır. Sözügedən sənədlər Ukraynanın şərqində davamlı sülhə nail olmağı hədəfləyir.
“Atəşkəs ilkin mərhələdə işlədi. İndi isə müşavirlərin görüşündən sonra onun bərpasını gözləyirik”, – Zelenski ötən yay əldə olunmuş razılaşma haqda deyib. O həmçinin qeyd edib ki, separatçılarla bütün əsirlərin dəyişdirilməsi yönündə proqres arzulayır.
Ukrayna Minsk sazişlərinin icrasından ötrü atəşkəsi vacib ilkin şərt sayır. Bundan sonra razılaşmaların digər çətin maddələrinin icrasına yol açıla bilər. Söhbət separatçıların nəzarətində olan Donbasda yerli seçkilərin keçirilməsi, Ukrayna-Rusiya sərhədinə nəzarətdən gedir.
Normandiya formatında danışıqlarda irəliləyişin olmaması Ukrayna ilə bağlı gərginliyi dərinləşdirə bilər. Hazırda Qərblə Rusiyanın əlaqələri onsuz da pisləşib.
"Azadlıq.org"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar