Xəbər lenti
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennett ilə görüşüb.
Ovqat.com-un məlumatına görə, Ağ evdə Oval ofisdə təkbətək keçirilən görüşdən əvvəl tərəflər mətbuata açıqlamalar veriblər.
İddialara inansaq, Co Baydenin açıqlamaları İsrail tərəfində xəyal qırıqlığı yaradıb. Belə ki, İsrailin Baş nazirinin ABŞ-ı İrana qarşı hərbi əməliyyata başlamağa razı salmaq məqsədilə Vaşinqtona gəldiyi bildirilir. Qeyd olunur ki, Tel-Əvivin əlindəki kəşfiyyat məlumatlarına görə, İran 2 aydan sonra nüvə silahına sahib olacaq vəziyyətə gələcək və təcili bunun qarşısını almaq lazımdır. Ölkənin Baş naziri Bennett də ABŞ səfərindən əvvəl bu iddianı təsdiqləmiş və İranın ancaq hərbi yolla dayandırıla biləcəyini söyləmişdi. Co Baydenin bugünkü görüş öncəsi açıqlamasında dilə gətirdiyi bir sıra fikirlər isə Tel-Əvivdə Vaşinqtonun bu təklifə müsbət yanaşmadığı qənaəti yaradıb.
Halbuki, Co Bayden mətbuat konfransında İrana hərbi müdaxilə ehtimalını da istisna etməyərək demişdi: “"Bu gün İran təhdidi və nüvə danışıqlarını da müzakirə edəcəyik. Hər şeydən əvvəl demək istərdim ki, diplomatiya müvəffəqiyyətli olmasa, başqa variantlara müraciət etməyə hazırıq. İsrailin digər müsəlman və ərəb ölkələri ilə əlaqələrini dərinləməsinə inkişaf etdirməsi də müzakirə zamanı qarşıda dayanan vacib məsələlərdən olacaq”.
Məlumatlara görə, ABŞ-dakı yəhudi lobbisi və Tel-Əviv isə Co Baydenin bu açıqlamasını olduqca yumşaq qiymətləndirir və ondan daha sərt və konkret mövqe gözləyirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar