Xəbər lenti
 
 
Sentyabrın 27-də Tehranın qərbində SEPAH-a aid gizli raket mərkəzində güclü partlayış meydana gəlib. 
 
Ovqat.com xəbər verir ki, iddianı “İmicset İnernational” Peyk Məlumatları Şirkəti irəli sürərək, partlayışın peyk görüntüsünü yayıb.⤵️

انتشار عکس‌های ماهواره‌ای از انفجار شدید یک مرکز مخفی موشکی سپاه پاسداران در غرب تهران


 
İddianı SEPAH-ın 2 gün əvvəl yaydığı bir məlumatı da təsdiqləyir. SEPAH həmin məlumatda öz hərbi bazasının vurulduğunu gizlətməyə çalışsa da, adını çəkmədiyi bir tədqiqat mərkəzində baş verən yanğında iki üzvünün öldüyü xəbər vermişdi.
 
“İmicset İnernational” habelə bildirib ki, sözügedən gizli raket bazası “Şəhid Himmət” Sənaye Qrupuna məxsusdur.
 
Uydu görüntülərinə əsasən, binanın təxminən dördə biri dağılıb. 
 
İran rəsmi xəbər agentliklərinin yazdığına görə, Kərəcin Fərdis bölgəsinin bələdiyyə başçısı tərəfindən bir meydanın adı Mürtəza Kərimi qoyulub. Adıçəkilən şəxsin 3 gün öncə “Sepah”ın Məlard bölgəsində yerləşən araşdırma mərkəzində partlayış nəticəsində öldüyü bildirilirdi.
 
Rəsmi “İRNA” ajansı “Sepah”ın partlayışda həyatını itirmiş iki üzvünün adlarını Hüseyn Abedi və Mürtəza Kərimi kimi qeyd edərək bildirib ki, onlar “Sepah”ın Məlard vilayətinin Bidgənə bölgəsində yerləşən təhqiqat mərkəzində baş verən yanğın zamanı ölüblər.
 
Hücumun kim tərəfindən edildiyi bilinməsə də, İranda İsraildən şübhələnirlər.


Ana səhifəyə qayıt        Baxış: 6 575          Tarix: 1-10-2021, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma