Xəbər lenti

 
Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Naftali Bennett arasında keçirilən görüşdə Rusiyanın Suriyaya qarşı hava hücumlarının qarşısını almayacağı barədə İsraillə razılığa gəlib.
 
Ovqat.com xəbər verir ki, İsrail rəsmiləri və mediası bu iddianı irəli sürür.
 
İsrailin İnfrastruktur naziri Zeev Elkin mediaya verdiyi açıqlamada ölkəsinin Suriyaya qarşı əməliyyatlarının davam edəcəyini və Tel-əvivlə Moskva arasında daha əvvəl Suriyada mümkün qarşıdurmanın qarşısını almaq üçün rabitə mexanizmləri qurduqlarını və bundan sonra həmin mexanizmləri daha da inkişaf etdirəcəklərini bildirib.
 
The Times of Israel”in xəbərinə görə, Naftali Bennet də Putinlə görüşündə İranın Suriyada daimi məskunlaşmasından narazılığını çatdırıb.
 
Rusiyanın Suriyadakı mövcudluğuna eyham vuran Benet, "Rusiya bizim ən böyük və ən güclü qonşumuzdur. Ona görə də Rusiya ilə əlaqələri ön plana çəkirik", - deyib.
 
Maraqlıdır ki, eyni iddia ilə “Əl-Ərəbiyya” telekanalı da çıxış edib.
 
Xatırladaq ki, ikili cümə günü Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində görüşmüşdülər.




Ana səhifəyə qayıt        Baxış: 5 293          Tarix: 24-10-2021, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma