“İranı 12 aya kimi Suriyadan çıxaracağıq”.
Ovqat.com xəbər verir ki bunu İsrailin Müdafiə naziri Naftali Bennett Jerusalem Post qəzetinə verdiyi müsahibəsində bildirib.
Bennettin fikrincə, İranın İsrailə qonşu ərazidə yerləşdirilməsinin heç bir səbəbi yoxdur. Müdafiə naziri olduqdan sonra İranda Suriyada vurulan hədəflərin fərqləndiyinə diqqət çəkən Bennet deyib: "Əvvəllər İrandan gələn və İraq vasitəsilə Suriyaya, sonra Qolan yüksəkliklərinə və ya Livana yerləşən hədəflər vurulurdusa, indi hədəflər fərqlidir”.
Müdafiə naziri indiki hədəflərini tam olaraq açıqlamasa da, son zamanlar İsrail təyyarələrinin Suriyanın mərkəzində yerləşən İran qüvvələrini də nişangaha aldığı sirr deyil. Hətta bu üzdən Sepaha bağlı qüvvələrin məmnuniyyətlə İdlib əməliyyatlarına qovuşulduqları qeyd olunur.
Paylaş: