Xəbər lenti

 
İsrail raketlərinin Colan təpələri sərhədi yaxınlığındakı Suriya qüvvələrini hədəf aldığı bildirilir.
 
Ovqat.com xəbər verir ki, məlumatı “Times of Israel” nəşri yayıb.
 
Bildirilir ki, bazar ertəsi səhər saatlarında İsrail təyyarəsi Colan təpələri yaxınlığında yerləşən Suriya qüvvələrinə iki raket zərbəsi endirib.
 
Suriya İnsan Haqlarını Müşahidə Qrupu da bu məlumatı təsdiqləyib. Qurumun məlumatına görə, raketlər Suriyanın cənubundakı əl-Baas qəsəbəsinin kənarındakı rejim qüvvələrini və onların müttəfiqlərini hədəf alıb.
 
İsrailli ekspetlər raket zərbələrinin Suriyadakı hökumət qüvvələri ilə birlikdə Livanın İrana bağlı Hizbullah qruplaşmasına aid silah tədarük məntəqələrini hədəf aldığını vurğulayıblar. 
 
Hücumun İsrail Baş naziri Naftali Bennettin Rusiya prezidenti Putin ilə Soçi görüşündən bir neçə gün sonraya təsadüf etməsi də diqqətçəkicidir. Qeyd edək ki, həmin görüşdə İsrailin Suriyadakı İran qüvvələrinə hücumlarına Putinin razılıq verdiyi barədə xəbərlər yayılmışdı.


Ana səhifəyə qayıt        Baxış: 4 567          Tarix: 25-10-2021, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma