Xəbər lenti

Tayvan boğazı materik Çin silahlı qüvvələri üçün Pekin və Taybe arasında hərbi münaqisə halında əhəmiyyətli maneə olmayacaq.

 Tayvan separatçılarını ABŞ-ın köməyi də xilas etməyəcək.

Bu barədə çərşənbə axşamı Pekinin «Global Times» qəzeti yazıb. Xəbəri oktyabrın 27-də TASS agentliyi yayıb.
«Tayvan boğazının hər iki tərəfində hərbi güc arasındakı fərq artıq çox böyükdür. Materik Çinin hərbi xərcləri 10 dəfədən artıq Tayvanınkını üstələyir. Müasir texnologiyalar şəraitində Tayvan boğazı artıq keçilməz maneə sayılmır» - nəşrin redaksiya məqaləsində deyilir.

Materialda qeyd olunur ki, materik Çin Tayvanla müharibə istəmir və dinc birləşməyə xoş məram göstərir, müharibəni son variant olaraq saxlayır. Bununla bərabər, əgər işlər bu yerə çatarsa, Tayvan silahlı qüvvələri heç bircə zərbəyə də tab gətirə bilməz.

«Əgər müharibə olacaqsa, Tayvan sözsüz ki, məğlub olacaq və çökəcək» - Global Times yazır.

Müəllif hesab edir ki, Birləşmiş Ştatlar böyük ehtimalla, Tayvanın əvəzinə vuruşmayacaq. Onlar cəhd edəcəklər ki, materik Çinin qarşısını başqa vasitələrlə alsınlar. «Əgər ABŞ necə olsa da, hipotetik hərbi fəaliyyətdə iştirak edərsə, o zaman boğaz Amerika əsgəri üçün məzar olacaq» - Pekin nəşri xəbərdarlıq edir.

Əgər hətta hazırkı Tayvan administrsiyası bütün mümkün güc və vasitələri adanın müdafiəsi üçün işə salsa belə, analtiklər hesab edirlər, bu, materik Çinin və Tayvanın hərbi potensialının ümumi nisbətini dəyişməyəcək.

«Tayvanın cəmi 180 min hərbçisi var. Onların çoxu, necə deyərlər, «çiyələk əsgəridir» - hərbi xidmətin ağır yükünə tab gətirməyənlərdir. Demokratik proqessiv partiya (DPP) ayrıca Tayvan illüziyasını yaşadır (ABŞ-a və Qərbin ictimai fikrinə söykənməklə). Bu ayıqlığın yuxusudur. Nə qədər gec deyil, DPP dayanmalıdır. Əgər hərbi sıxışdırma yeganə dil olaraq qalarsa, bu dil ildırım kimi olacaq» - qəzet yazır

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 090          Tarix: 28-10-2021, 09:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma